Layihəni dəstəkləyən qurumlar:
Layihəni dəstəkləyənlər Layihəni dəstəkləyənlər
➤ Maarifləndirmə layihəsi Ürək-damar sağlamlığı

Təzyiqini tanı, 130/80 hədəfini unutma.

Yüksək təzyiq çox vaxt sakit və gizli inkişaf edir. 130/80 layihəsi təzyiqini düzgün ölçmək, nəticələri anlamaq və gündəlik izləmək üçün vizual, sadə və interaktiv bələdçidir.

Bu sayt tibbi diaqnoz qoymur – mütləq həkimlə məsləhətləşin.

ESC 2024 Klinik müalicə hədəfi
🏠
Həkim yanında ölçüm (OBPM) qaydası: Həkim yanında aparılan ölçmədə 140/90 m.c.s və ya daha yüksək olması hipertenziya kimi qiymətləndirilir.

Təzyiqin hədəf orqanlara təsiri

Aşağıdakı sürgünü sağa çəkərək təzyiqin artmasının həyati orqanları (beyin, ürək və böyrəklər) necə zədələdiyini vizual olaraq görün.

İnsan bədəni
YüksəlməmişSərhədHipertoniya

Yüksəlməmiş Təzyiq

Yuxarı təzyiq: 120 Aşağı təzyiq: 70

Hədəf orqanlar tam təhlükəsizlikdədir. Qan dövranı təbii axarı ilə davam edir.

Yüksək Təzyiq: Səssiz Düşmən

Hipertoniya illərlə heç bir ağrı vermədən "hədəf orqanları" yavaş-yavaş zədələyir...

Beyin və İnsult Riski

Yüksək təzyiq beyin damarlarının divarını davamlı olaraq zədələyir. Bu proses gələcəkdə işemik insulta (beyinə qan sızması və ya tıxanması) və yaddaş zəifliyinə (koqnitiv pozuntu) birbaşa zəmin yaradır.

* ESC 2023 Hədəf Orqan Zədələnməsi (HMOD) məlumatları

Təzyiqi Düzgün Ölçməyin "Qızıl" Qaydaları

Təzyiqi ölçməzdən əvvəl düzgün oturuş qaydalarını öyrənmək üçün pasiyentin üzərindəki yaşıl nöqtələrə toxunun.

Ölçmədən 30 dəqiqə əvvəl bunları ETMƏYİN:

Kofein və ya enerji içkiləri içmək, ağır yemək

Siqaret və digər tütün məhsulları çəkmək

Dərman qəbul etmək və ya məşq etmək

Ölçməyə hazırlıq:

Təsdiqlənmiş qan təzyiqi monitoru istifadə edin

Sidik kisəsi mütləq boşaldılmalıdır

Ölçmədən 3-5 dəqiqə öncə rahatlayın

Səssiz otaqda və danışmayaraq ölçün

Qayda

Açıqlama

☀️ Səhər, dərman qəbul etməzdən öncə
1-2 dəqiqəlik fasilə ilə 2 ölçmə
🌙 Axşam yeməkdən öncə
1-2 dəqiqəlik fasilə ilə 2 ölçmə

Doğru Bildiyimiz Yalnışlar

Təzyiq haqqında cəmiyyətdə yayılmış əfsanələr və onların tibbi həqiqətləri...

🤕

Başım ağrımırsa, deməli təzyiqim qaydasındadır?

Toxun və öyrən ⤵

Xeyr, bu düzgün deyil!

Hipertoniya çox vaxt heç bir əlamət vermir və buna görə “səssiz qatil” adlanır. Baş ağrısı olmasa belə, təzyiq yüksək ola bilər. Bunu bilməyin yeganə yolu təzyiqi müntəzəm ölçməkdir. Mənbə: ESC Guidelines, 2024

💊

Dərmanı ancaq təzyiqim qalxanda içməliyəm?

Toxun və öyrən ⤵

Qətiyyən olmaz!

Dərmanları yalnız təzyiq qalxanda qəbul etməyin! Onları hər gün, həkimin təyin etdiyi kimi qəbul edin — təzyiqi nəzarətdə saxlayın və ağırlaşmaların qarşısını alın. Mənbə: ESC Guidelines, 2024

🧓

Mənim yaşım çoxdur deyə 150/90 mənim üçün normaldır?

Toxun və öyrən ⤵

Xeyr, normal deyil!

150/90 mmHg yüksək təzyiqdir. Yaşınız nə olursa olsun təzyiq nəzarətdə olmalıdır. Mənbə: ESC Guidelines, 2024

🍋

Limon suyu və ya sarımsaq təzyiqi sağaldır?

Toxun və öyrən ⤵

Müalicəni əvəz etmir!

Sarımsaq və limonun qan dövranına yüngül müsbət təsiri olsa da, onlar xroniki hipertoniyanı müalicə etmir. Bunlar sağlam qidalanmanın bir hissəsidir, dərmanın əvəzləyicisi yox.

Təzyiq kalkulyatoru – dəyərini yoxla

Aşağıya evdə ölçdüyün təzyiq dəyərlərini daxil et. Kalkulyator nəticəni təxmini kateqoriya ilə göstərəcək.

Təzyiqini daxil et

➜ Mümkünsə, 1–2 dəqiqə fasilə ilə 2 dəfə ölç və orta dəyərləri daxil et.

Nəticə
Hələ dəyər daxil etməmisən
Təzyiqin kateqoriyasını görmək üçün yuxarıdakı xanaları doldur və “Kateqoriyanı göstər” düyməsinə bas.

Təzyiq sual-cavab

Sual: 1/8
Xal: 0
05:00

Hazırsan? 8 sadə sualla təzyiq biliklərini yoxla.

Testə başlamaq üçün aşağıdakı düyməyə basın.

Təzyiq gündəliyi – öz qrafikinə sahib ol

Təzyiqini bir neçə həftə ardıcıl yazdıqda, həm özün, həm də həkimin üçün aydın şəkil yaranır. Aşağıdakı form vasitəsilə ölçülərini əlavə edə və qrafikdə görə bilərsən.

Ölçülərini əlavə et və qrafikdə gör

TarixSaatTəzyiq
Hələ heç bir ölçü əlavə etməmisən.

130/80 layihəsi haqqında

Layihənin məqsədi – təzyiq mövzusunu qorxulu, anlaşılmaz terminlərlə yox, sadə vizuallar, gündəlik həyat nümunələri və praktik addımlarla izah etməkdir.

Maarifləndirmə & özünü-izləmə

130/80 bir rəqəmdir, amma milyonlarla insan üçün həyat keyfiyyətinin sərhədidir. Biz bu rəqəmi simvol kimi seçərək insanları daha məlumatlı, daha fəal və öz sağlamlıqlarına qarşı daha məsuliyyətli olmağa təşviq edirik.

  • Sadə, vizual və başa düşülən izahlar.
  • Təzyiq gündəliyi üçün real nümunə və şablonlar.
  • İnteraktiv kalkulyatorlar, qrafiklər və öz “təzyiq profilin”.

Bizə yaz

Layihə ilə bağlı təklifin, sualın və ya əməkdaşlıq ideyan varsa, bu formanı dolduraraq mesaj göndərə bilərsən.